Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman aprel ayında Tehrana səfəri zamanı İran rəsmilərinə birbaşa mesaj verib.
"Cebheinfo.az" xəbər verir ki, Kral Salmanın mesajında isə İrana Prezident Donald Trampın nüvə danışıqları təklifini ciddi qəbul etməyə çağırıb.İki İran rəsmisinin sözlərinə görə, mesaj İrana İsraillə müharibə riskindən qaçmaq üçün diplomatik fürsət təqdim edib.
Lakin o, bu açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri zamanı verib. Netanyahu İrana hücumlara dəstək gözlədiyi halda, Tramp danışıqlara çağırıb.
Şahzadə Xalid Tehran görüşündə Trampın səbrinin məhdud olduğunu və danışıqların bir razılaşma ilə tez bitəcəyini gözlədiyini bildirib. Şahzadə Xalid, "Uğursuz danışıqlardan sonra İsrailin hücumunu riskə atmaqdansa, ABŞ ilə razılığa gəlmək daha yaxşıdır" deyib.