Azərbaycan kubokunun finalçılarının baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaq.
Demedia.az xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssisdir. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyir.