Azərbaycan kubokunun finalçılarının baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaq.
Publika.az xəbər verir ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olan mütəxəssisdir. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci kuboka sahib olmaq istəyir.
Vasili Berezutski isə “Sabah”ın baş məşqçisi postuna cari mövsümün gedişində gəlib. Debüt mövsümündə finala yüksələn rusiyalı mütəxəssis kuboku qazanan 17-ci məşqçi kimi tarixə düşə bilər. İndiyədək 16 mütəxəssis belə uğura imza atıb:
1. Qurban Qurbanov - 6
2. Mehman Allahverdiyev - 4
3. Agasəlim Mircavadov - 3