Dünya üzərində bəzi şəhərlərin iqtisadi gücü bir sıra ölkələrin iqtisadiyyatlarından daha yüksəkdir.

İndex.az iqtisadi cəhətdən dünyanın ən böyük şəhərlərini sizə təqdim edir:

 

1. Nyu-York, ABŞ

ÜDM həcmi – 2 trilyon dollar

“Wall Street”in qlobal maliyyə mərkəzi olması, çoxsaylı “Fortune 500” şirkətlərinin qərargahlarının burada yerləşməsi və 138 milyarderin bu şəhərdə yaşaması Nyu-Yorku iqtisadi cəhətdən lider edir. Nyu-York qlobal ticarət və investisiya mərkəzi.

 

2. Tokio, Yaponiya

ÜDM – 1.9 trilyon dollar

Tokio Asiyanın ən böyük iqtisadi mərkəzidir. Dünyada ən çox əhalisi olan şəhər Tokiodur (37 milyon nəfər). Elektronika, avtomobil və maliyyə sektorlarında liderdir.

 

3. Los-Anceles, ABŞ

ÜDM – 1.1 trilyon dollar

Əyləncə sənayesi (Hollywood) ilə dünyada məhşurlaşan şəhər, həm də texnologiya və ticarət mərkəzi hesab edilir. Bununla yanaşı, Los-Ancelesin sakinlərindən 59-u milyarderdir.

 

4. London, Böyük Britaniya

ÜDM – 670 milyard dollar

 

Qlobal maliyyə mərkəzi olqn London 77 milyarderə ev sahibliyi edir. CEOWORLD 2020 reytinqinə görə iqtisadi təsir baxımından dünyada 1-ci yerdədir.

 

5. Şanxay, Çin

ÜDM – 650 milyard dollar

 

 

 

 

Çinin iqtisadi güc mərkəzi olan Şanxay dünyanın ən böyük limanlarından birinə malikdir.

İstehsal, ticarət və texnologiya sahəsində şəhər sürətlə inkişaf edir.

 

6. Pekin, Çin

ÜDM – 580 milyard dollar

Pekin Çinin siyasi və iqtisadi mərkəzidir. 63 milyarder bu şəhərdə yaşayır. Texnologiya və dövlət şirkətlərinin mərkəzi binaları burada cəmləşib.

 

7. Seul, Cənubi Koreya

ÜDM – 450 milyard dollar

Seul ölkənin texnologiya və avtomobil sənayesinin mərkəzi. Şəhər Asiyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən şəhərlərindən biridir.

 

8. Honk Konq, Çin

ÜDM – 400 milyard dollar

Honk Konq Asiyanın maliyyə və ticarət mərkəzidir. Şəhər 114 milyarderə ev sahibliyi edir. Beynəlxalq investisiyalar və azad iqtisadiyyatla seçilir.

 

9. Sinqapur, Sinqapur

ÜDM – 400 milyard dollar

Sinqapur adambaşına düşən gəlir baxımından dünyada liderdir (84,821 dollar). Maliyyə, logistika və ticarət mərkəzi olan şəhər 50 milyarderə ev sahibliyi edir.

 

10. Dubay, Birləşmiş Ərəb Əmirlikləri

ÜDM: 120 milyard dollar

Ticarət, turizm və daşınmaz əmlak sektoru ilə iqtisadi cəhətdən sürətlə güclənir. Dubay 38 milyarderə ev sahibliyi edir.

 

Qeyd edək ki, Bakı iqtisadi cəhətdən bu siyahıya daxil olmasa da, neft və qaz sektoru sayəsində regionda əhəmiyyətli iqtisadi mərkəzə çevrilib (ÜDM: 25-30 milyard dollar).