AZ

İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...


Dostumuz İsrailin İrəvandakı səfiri cənab Coel Lionun İsrailin 77 illiyi ilə bağlı düzənlənmiş ziyafətdə dediyi bu sözlərdən narahatlığımı açıq ifadə etməyə məcburam.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Əvvəlcə deyim ki, Azərbaycanın Prezidenti hörmətli cənab İlham Əliyev İsraillə dostluq və əməkdaşlıq prinsiplərinə hər cür şəraitlərdə sadiq qalmaqla yanaşı, həm də bunu edir - Hansısa ölkə ilə, hansısa regionla Azərbaycanın münasibətlərini inkişaf etdirmək, ya düzəltmək üçün heç vaxt İsrailin milli və dövlət maraqlarına nəinki zidd getmir, bu maraqlara zərrə qədər laqeydlik də göstərmir. Cəmiyyətimiz, rəsmi şəxslər, hər kəs İsrailə münasibətdə dövlətimizin bu strategiyasını tərəddüdsüz şəkildə nəzərə alır...

Ancaq İrəvanda İsrail səfirinin Ermənistanla münasibətləri qurmaq, dərinləşdirmək xatirinə dediyi sözlər narahatlıq doğurmaya bilmir. Çünki həm tarixi həqiqətə uyğun deyil, həm də bu günkü Azərbaycan-İsrail dostluğunun ruhuna uyğun gəlmir. Cənab səfir deyir: "Hər ikimiz qədim millətik, tarixən təqib olunmuşuq, sınaqlardan çıxmaq, sağ qalmaq, milli kimlik, milli ləyaqət və suverenlik uğrunda mübarizənin nə olduğunu hər ikimiz bilirik, aramızda qarşılıqlı hörmətin əsasını məhz bu təşkil edir"... Daha nə deyim... Ermənilər haradan yəhudilər qədər qədim millət olub?

Ermənilərin təqib olunmasının tarixi hardan başlayır? Ümumən ermənilər nəyin üstündə təqib olunur? Ermənilərin təqibi ilə yəhudilərin təqibini hansı məntiqlə bir araya qoymaq olar? Başqa xalqların torpağına göz dikdikləri üçün əziyyət çəkən ermənilər hara, öz vətənlərinə qayıdış üçün vuruşaraq təqib olunan yəhudilər hara???

Bu gün Ermənistanın və ermənilərin hansı suverenlik uğrunda mübarizə apardığını cənab səfir izah edə bilərmi? Ermənistanın ləyaqəti və suverenliyi üçün əsil təhlükənin hardan gəldiyinə də baxmaq lazımdır...

"Bizim xalqımız sürgün alovlarından və kütləvi qırğınlardan çıxaraq öz suverenliyini bərpa etdi, bu ağır vaxtlarda dünya üzrə bütün dostlarımızdan güc alırıq ki, Ermənistan da bu dostlarımızın sırasındadır" - bu sözlər də səfir Liona məxsusdur...

Cənab səfir bilməyə bilməz ki, Ermənistanın Azərbaycanla hələ sülhə gəlmədiyi, Azərbaycanın onun suverenliyinə guya təhlükə yaratması və Qarabağ ermənilərinin guya deportasiya edildiyi barədə nağıllar uydurduğu bir vaxtda erməni cəmiyyətində bu istiqamətdə bəyanatlar və uyğunsuz müqayisələr erməni revanşizminə əlavə ruh mənbəyinə çevrilir...

Ermənistanla münasibətləri düzəltmək İsrailin suveren haqqıdır. Ancaq bunu Azərbaycanın mənafelərinə toxunan səpkidə etmək yaxşı deyil...”

Tahir TAĞIYEV

Seçilən
4
25
baki-xeber.com

9Mənbələr