AZ

Vaqif Sadıxov: Müstəqillik Günü Azərbaycan xalqı üçün vacib tarixdir

Müstəqillik günü Azərbaycan xalqı üçün vacib hadisədir, onun qürur günüdür ki, təkcə ölkədə deyil, həm də dünyanın, demək olar ki, 90 diplomatik nümayəndəliyində qeyd olunur.

Bu barədə “Report”un Avropa bürosuna Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, həmçinin ölkənin Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Vaqif Sadıxov bildirib.

“Əlbəttə, Belçikadakı səfirlikdə, Brüsseldə <…> Azərbaycanın Müstəqillik Gününün qeyd edilməsi xüsusilə vacib hadisədir. Bizim səfirliyimiz eyni zamanda üç istiqamətdə iş aparır: Belçika, Lüksemburq və ümumilikdə Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı”, – səfir qeyd edib.

Səfir həmçinin Brüsseldə müstəqil Azərbaycan informasiya agentliyinin bürosunun açılmasından böyük məmnunluğunu ifadə edib.

“Bu çox yaxşı faktdır ki, “Report” agentliyi kimi önəmli media strukturu Avropanın siyasi mərkəzi olan Brüsseldə öz bürosunu açıb”, – o vurğulayıb.

Diplomat “Report”u və bütün oxucularını bu hadisə münasibətilə təbrik edib.

Seçilən
50
36
report.az

10Mənbələr