"Goal" idman portalı Avropada 2024/25 mövsümünün ən böyük məyusluq doğuran transferlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, siyahıda gözləntiləri doğrultmayan 20 transfer yer alıb. Birinci yeri Joao Feliksin “Atletiko”dan “Çelsi”yə 46 milyon funt-sterlinqə keçidi tutub.
TOP-10 belədir:
Joao Feliks – “Atletiko”dan “Çelsi”yə, 46 milyon funt
Rahim Sterlinq – “Çelsi”dən “Arsenal”a, icarə
Joao Palinya – “Fulhem”dən “Bavariya”ya, 47 milyon funt
Yussufa Moukoko – “Borussiya”(Dortmund)dan “Nitsa”ya, icarə
Joao Feliks – “Çelsi”dən “Milan”a, icarə
Federiko Kyeza – “Yuventus”dan “Liverpul”a, 12,5 milyon funt
Endrik – “Palmeyras”dan “Real"a, 50 milyon funt
Eliee Vai – “Marsel”dən “Ayntraxt”a, 24 milyon funt
Eliee Vai – “Lans”dan “Marsel”ə, 25 milyon funt
Coşua Zirkze – “Bolonya”dan “Mançester Yunayted”ə, 36,5 milyon funt
Bu transferlər ya yüksək məbləğə başa gəlib, ya da futbolçuların performansı klubların və azarkeşlərin gözləntilərini qarşılamayıb. Joao Feliksin iki fərqli klubla siyahının həm 1-ci, həm də 5-ci pilləsində yer alması xüsusilə diqqət çəkir.
saytlarin hazirlanmasi