Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq olunan bütün iqtisadi sanksiyaları ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Qərara əsasən, Suriya Mərkəzi Bankı və neft-pambıq sektorlarında fəaliyyət göstərən 24 qurum sanksiya siyahısından çıxarılıb.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bu addımı doğru zamanda verilmiş qərar adlandırıb və bildirib ki, bu, Suriyanın yenidən qurulmasına və siyasi keçid prosesinə dəstəyi əks etdirir.