Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Keçirilən növbəti tədbirlər nəticəsində paytaxtın Qaradağ və Nəsimi rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 1 mərmi tapılaraq götürülüb. Həmçinin 3 nəfər 2 avtomat silahı, 1 tapança, 1 patron darağı və 28 patronu polisə könüllü təhvil verib.
Araşdırmalar aparılır.