AZ

"Real"a yeni baş məşqçi təyin olundu - RƏSMİ

Xabi Alonso "Real"ın baş məşqçisi vəzifəsinə təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Alonso ilə müqavilənin müddəti 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.

2021-ci ildən "Kral klubu"na italiyalı Karlo Ançelotti başçılıq edirdi, o həmçinin 2013-2015-ci illərdə də klubda çalışmışdı.

Bir müddət əvvəl Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi təyin edildiyi bildirilmişdi.

Seçilən
103
50
sportinfo.az

10Mənbələr