AZ

Orban: Ukraynanın Aİ-yə qəbul edilməsi resursların tükənməsinə yol açacaq

​BAKI, 25 may. TELEQRAF

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dair sərt açıqlama verib.

Teleqraf xəbər verir ki, o, sosial şəbəkə platforması “X”dəki paylaşımında Ukraynanın ittifaqa qəbulunun regional resursların “qurumasına” səbəb ola biləcəyini bildirib.

“Əgər Ukraynanın Aİ-yə üzv olmasına icazə versək, bu, resurslarımızın tükənməsinə yol açacaq. Macarıstan bunun əvəzini ödəməyəcək”, – deyə Orban qeyd edib.

Qey edək ki, aprelin 14-də Macarıstanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı ümumxalq sorğusuna start verilib. Sorğu bir sualdan ibarətdir: “Ukraynanın Avropa İttifaqına üzv olmasını dəstəkləyirsinizmi?”. Cavab variantları isə “bəli” və “xeyr”dən ibarətdir.

Anketlər poçt vasitəsilə vətəndaşlara göndərilir. Sorğunun nəticələrinin iyun ayında məlum olacağı və Brüsselə təqdim ediləcəyi gözlənilir.

Mayın 22-də Viktor Orban açıqlamasında bildirib ki, artıq bir milyondan çox vətəndaş sorğuda iştirak edib. Baş nazir bu nəticəni “fantastik” adlandıraraq, səsvermədə iştirak etməmiş vətəndaşlara çağırış edib. O, Ukraynanın Aİ-yə üzvlük məsələsinin bütün Avropa ölkələri üçün “son dərəcə önəmli” olduğunu vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Macarıstan rəsmiləri Ukrayna qarşısında hər hansı bir öhdəliklərinin olmadığını açıqlamışdılar.

Seçilən
115
15
teleqraf.com

6Mənbələr