
Qəzza zolağında bütün xəstəxanaların ən azı 94%-i ya qismən, yada tamailə dağıdılıb və şimal Fələstin anklavında insanların heç bir tibbi xidmətə çıxışı demək olar ki, yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında öz əksini tapıb.
“Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 19-u fəaliyyətini davam etdirir, onlardan yalnız 12-si müxtəlif tibbi xidmətlər göstərir. Qəzza zolağındakı bütün xəstəxanaların ən azı 94%-i ya qismən, ya da tamamilə dağıdılıb”, - deyə hesabatda bildirilib.