AZ

Husilər İsrailə hipersəs raketi atdılar

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yəməndə hakimiyyətdə olan husilər İsrailin Tel-Əviv şəhərinin Ben-Qurion aeroportuna raket zərbəsi endiriblər. Hücum zamanı Hipersəs ballistik raketindən istifadə edilib.

Bu barədə husilərin hərbi təmsilçisi Yəhya Saria məlumat verib. O, husilərə məxsus "Al Masirah" telekanalının efirində deyib: "Raket qüvvələri aeroporta hücum edərək əməlyyat keçiriblər. İşğal edilmiş Yaffo (Tel-Əviv nəzərdə tutulur - red.) ərazisində yerləşən Ben-Qurion hipersəs ballistik raketi ilə vurulub. Əməliyyat uğurlu olub, aeroportun işi dayandırılıb".

Husilər mayın 22-də Ben-Qurion aeroportuna iki raket zərbəsi endirdiklərini bəyan etmişdilər. İsrailin bir sır rayonlarında hava həyəcanı elan edilib. İsrail ordusunun mətbuat xidməti hər iki raketin dəf edildiyini bildirib. Raketlərin qəlpələrinin yerə düşməsi, kimlərinsə zərər çəkməsi barəsində məlumat olmayıb.

Hürr Tərcüman

 

Seçilən
0
50
hurriyyet.az

10Mənbələr