Son 20 ildə Rumıniyanın əhalisi 2,5 milyon nəfərdən çox azalıb ki, bu da Avropa İttifaqı ölkələri arasında ən yüksək azalma göstəricisidir.
Publika.az xəbər verir ki, bu barədə “Mira News” “Eurostat” hesabatına istinadən məlumat yayıb.
“Eurostat” "Avropanın Demoqrafik göstəriciləri - 2025-ci il buraxılışı" hesabatında Rumıniyanın son iyirmi ildə Aİ ölkələri arasında ən böyük əhali azalmasına malik olduğunu bildirib.
Rumıniyadan sonra 1,6 milyon əhalisini itirən Polşa və 1,3 milyon əhalisi azalan Bolqarıstan gəlir.