ABŞ Prezidenti Donald Tramp bu gün İsrail lideri Benyamin Netanyahu ilə telefon danışığı zamanı iki İsrail səfirliyinin əməkdaşının öldürülməsindən dərin kədərləndiyini bildirib...
Poliqon xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi məlumat yayıb.
Öz növbəsində Netanyahu Trampa onun və administrasiyasının ABŞ-dakı antisemitizm təzahürlərinə qarşı göstərdiyi səylərə görə təşəkkür edib.
İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter bu gün səhər saatlarında Paytaxt Yəhudi Muzeyinin qarşısında jurnalistlərə deyib ki, “Prezident bu ölkədəki kollec şəhərciklərini zəbt edən şiddətli antisemitizmin kökünü kəsmək öhdəliyini bir daha təsdiqləyib”.
Leiter bildirib ki, o, dünən axşam Trampla danışıb və baş prokuror Pam Bondi və Kolumbiya prokuroru vəzifəsini icra edən Jeanine Pirro ilə atışma yerində görüşüb. Onun sözlərinə görə, ABŞ prezidenti "başsağlığı ifadə edən və zorakılığı pisləyən bəyanatında çox qətidir".
Xatırladaq ki, bu gün Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı güllələnib.
ABŞ prezidenti Donald Tramp həlak olanların ailələrinə başsağlığı verib və deyib ki, atışma açıqca antisemitizm motivləri ilə törədilib.
İsrailin baş naziri Benyamin Netanyahu İsrailin dünya üzrə missiyalarında təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verdiyini bildirib.
Poliqon.info