Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ABŞ-ı “Qızıl qübbə” qlobal raketdən müdafiə sisteminin inkişafı və yerləşdirilməsindən imtina etməyə çağırıb. O, həmçinin güclər arasında strateji qarşılıqlı etimadı gücləndirmək və qlobal strateji sabitliyi qorumaq üçün konkret tədbirlər görməyə çağırıb.
Herbiand.az bildirir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Çin diplomatı qeyd edib ki, “Qızıl qübbə” adlanan plan qeyri-məhdud, qlobal, çoxqatlı və çoxşaxəli raketdən müdafiə sistemini yerləşdirməyə yönəlib: “Bu, açıq-aşkar hücum xarakteri verir və Kosmos Müqaviləsində təsbit olunmuş kosmosdan dinc məqsədlərlə istifadə prinsipini pozur. Planın həyata keçirilməsi kosmosun döyüş zonasına çevrilməsi və kosmik silahlanma yarışının yaranması risklərini artıracaq, beynəlxalq təhlükəsizlik və silahlara nəzarət sistemini sarsıdacaq”.
Bəxtiyar CƏFƏRLİ