“Qarabağ”ın 11 yaşadək futbolçulardan ibarət komandası Polşaya yollanıb.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi “Murapol Cup” turnirində ölkəmizi təmsil edəcək.
13-cü dəfə keçirilən ənənəvi beynəlxalq turnirin oyunları mayın 23-25-də baş tutacaq.
Baş məşqçi Eldəniz Qiyasovun rəhbərlik etdiyi komandada 14 futbolçu yer alıb: Rza Tağızadə, Elman Aydınov, İbrahim Abuşov, Məzahir Məmmədov, Kamran Rzayev, Kərim Topçibaşev, Tamerlan Baytalov, David Pavlov, Bəxtiyar Əzimov, Şakir Muradov, Elcan Qubadlı, Nihad Hüseynli, Əli Mehdiyev, Yusif Cəbrayılsoy.
Qeyd edək ki, turnirin püşkatma mərasimi sabah keçiriləcək.
Region Liqasında final: “Xankəndi” “Şirvan”la üz-üzə
Birinci Liqada mövsümün son turu start götürəcək
Kamal Umudlu Avropa çempionatının oyununu idarə edəcək
Millimiz Bəhreynlə bacarmadı - Heç-heçə etdi - YENİLƏNİB
FIFA-dan “Qarabağ”a təbrik
- FOTO