AZ

İsrail İranın nüvə obyektlərinə sürətli zərbə endirməyə hazırlaşır - KİV

İsrail İranın nüvə obyektlərinə sürətli zərbə endirməyə hazırlaşır. Bu, ABŞ-İran nüvə danışıqları nəticəsiz qalacağı təqdirdə baş verəcək.

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu uğurlu zərbə endirmək üçün əməliyyat pəncərəsinin tezliklə bağlana biləcəyinə inanır, ona görə də danışıqlar uğursuz olarsa, İsrail ordusu tez hərəkətə keçməli olacaq. Bununla belə, İsrailin niyə sonrakı zərbəni daha az təsirli hesab etdiyi məlum deyil.

“İsrailin Baş naziri Benyamin Netanyahu nüvə danışıqlarının uğursuzluğunu, ABŞ Prezidenti Donald Trampın isə danışıqlardan məyus olmasını və ona yaşıl işıq yandırmağa hazır olmasını gözləyir”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Ağ Ev administrasiyası Trampın İsrailə “yaşıl işığı” yandırmasa belə, Tel-Əvivin İrana qarşı hər hansısa addım ata biləcəyindən narahatdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
96
47
missiya.az

10Mənbələr