Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andriy Portnov Madrid yaxınlığında güllələnərək öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Portnov döş qəfəsindən 4, başından isə 1 güllə yarası alıb.
Madrid Milli Polisi Portnovun ölüm faktını təsdiqləyib.
Cinayətkar hadisə yerindən qaçıb və onun axtarışı aparılır.