Hazırda Özbəkistan beynəlxalq investorlar üçün yeni imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnvestisiya Təşviqi Agentliyinin direktoru Mansurjan Rasulov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Biznes Şurasının 8-ci Plenar iclasında bildirib
Onun sözlərinə görə, Özbəkistana 2017-ci ildən bəri birbaşa xarici investisiyalar on dəfədən çox artıb: “Bu, kapitala daha geniş çıxış və texnologiya transferi vasitəsilə iqtisadi inkişaf üçün əlverişli şərait yaradır.
O vurğulayıb ki, İnvestisiya Təşviqi Agentliyinin əsas vəzifəsi investisiyaların təşviqidir və əsas istiqamətlərdən biri xarici və yerli bizneslər arasında əlaqələrin qurulmasına dəstək verməkdir: Çoxsaylı investisiya təşviqi agentlikləri və nazirliklər investorları cəlb etmək üçün layihələr hazırlamağa çalışır. Lakin biz hesab edirik ki, ən yaxşı yanaşma ölkədəki KOB-lar və özəl sektorla işləmək, onlara cəlbedici investisiya layihələri hazırlamaqda kömək etmək və bu layihələri beynəlxalq investorlara təqdim etməkdir".