AZ

“Qarabağ” kubok və qızıl medallara qovuşdu

Misli Premyer Liqasında 2024-25-ci illər mövsümünün çempionu olan "Qarabağ" mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi XXXV turun "Kəpəz"lə matçından (3:0) sonra “Azersun Arena”da mükafatlara layiq görülüb. 

“Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və PFL-in Texiniki İdman Direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir”

“Neftçi”dən inamlı qələbə - YENİLƏNİB

Çempionun adına bu tarixdə aydınlıq gələcək

I Liqa: XXVII turun oyun cədvəli bəlli oldu

"Sabah" Rusiyada keçirilən beynəlxalq turnirdə ikinci oldu

Seçilən
89
50
apasport.az

10Mənbələr