AZ

Müğənni: “Maşın sürə-sürə kirpik qoyuram”

"Maşın sürə-sürə kirpik qoyuram. 21 ildir sürücüyəm. Bunu videoya çəkərəm, amma cərimələnməkdən qorxuram".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Günə bax" verilişində deyib. Sənətçi avtoboil sürə-sürə makiyaj etdiyini deyib:

"Səhər saat 9-da efirdə olmalıyamsa, makiyaj alətlərimi yanıma qoyuram. Hər tıxacda makiyaj edirəm. Kanala çatanda artıq hazır oluram. Tıxaclardan belə istifadə edirəm".(Yenisabah.az )

Seçilən
146
7
publika.az

10Mənbələr