AZ

Rumıniyada qızılca epidemiyası elan edildi


Rumıniyada qızılca epidemiyası elan edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qızılcaya yoluxma hallarının həyəcan verici artımını, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi milli qızılca epidemiyası elan edir. Ölkədə peyvənd olunmaq hüququ olan uşaqların 78%-nin peyvəndin ilk dozasını, 62%-nin isə iki doza qəbul edib. Eyni zamanda, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur”, - məlumatda deyilir.
Bildirilir ki, hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın insan qızılcaya yoluxub.
Seçilən
243
29
yeniavaz.com

10Mənbələr