AZ

“Sabah” - ölkə kubokunda 19-cu finalçı!

Ötən gün yarımfinalda “Neftçi”ni mübarizədən kənarlaşdırmış “Sabah” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.

Arena.az xəbər verir ki, Vasili Berezutskinin baş məşqçisi olduğu komanda yarımfinalda “Neftçi” səddini keçib.

İlk oyunda 2:1 hesabıyla qalib gəlmiş “bayquşlar” cavab görüşündən 1:1 hesablı heç-heçə ilə ayrılıblar.

“Sabah” turnirin 33 illik tarixində finala adlayan 19-cu komanda olub. “Qarabağ” 12, “Neftçi” 11, “Şamaxı” 6, “Xəzər Lənkəran” və “Qəbələ” 5, “Kəpəz” 4, “Bakı” 3, “Kür-Nur”, “Şəmkir”, “Sumqayıt” və “Zirə” 2 dəfə yarımfinalı uğurla keçib. “İnşaatçı” (Bakı), “Şəfa”, “Xəzri”, “MKT-Araz”, “İnşaatçı” (Sabirabad), “Xəzər” (Lənkəran) və “Karvan” isə buna 1 dəfə nail olublar.

Qeyd edək ki, 2001/2002 və 2019/2020-ci illər mövsümləri yarımçıq qalıb.

Seçilən
107
12
arena.az

10Mənbələr