AZ

Tramp Çin mallarına tətbiq olunan rüsumların azaldılmasını mümkün hesab edir-ÖZƏL 

ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət sazişi bağlamağın və bu ölkədən idxal olunan məhsullara tətbiq olunan gömrük rüsumlarının azaldılmasının mümkün olduğunu bildirib. Olaylar.az xəbər verir ki,  o, aprelin 17-də Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Vaşinqtonla Pekin arasında daim əlaqə olduğunu qeyd edib. Görüşün videogörüntüsü "ABC News" telekanalı tərəfindən yayımlanıb.

Lakin Tramp Çin lideri Si Cinpinlə birbaşa əlaqə saxlayıb-saxlamadığını açıqlamaqdan imtina edib.

"Düşünürəm ki, biz Çinlə saziş bağlayacağıq", - deyə Tramp bildirib və ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145 faiz rüsumların azaldıla biləcəyini qeyd edib. Onun sözlərinə görə, müəyyən mərhələdə bu rüsumların artırılması məhsul alıcılığını azalda bilər:

"İstəmirəm ki, bu tariflər daha da artsın. Çünki müəyyən bir həddən sonra insanlar bu məhsulları almaq istəməyəcək. Ola bilər ki, mən onları artırmaq əvəzinə, əksinə, azaltmaq istəyim, çünki insanlar almalıdırlar. Əks halda, satış dayanacaq".

Tramp əlavə edib ki, ABŞ hər kəslə saziş bağlamağa hazırdır və bu prosesə tələsməyə ehtiyac yoxdur.

Tariflərlə bağlı sazişin nə vaxt imzalana biləcəyi sualına cavab olaraq, Tramp bunun növbəti üç-dörd həftə ərzində baş verə biləcəyini bildirib. O, həmçinin Amerikan bazarını "böyük və gözəl bir univermaq"a bənzədərək qeyd edib ki, "hamı bu bazardan pay almaq istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
326
50
olaylar.az

10Mənbələr