AZ

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ — Bu tarixdə artır

“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti 3 ay ərzində təklifləri hazırlayıb dövlət başçısına təqdim etməli idi”.

Demokrat.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb:

“Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir.

Bununla da sosial paketin yeni mərhələsində biz sosial müavinətlər və təqaüdlərin artmasını müşahidə edəcəyik.

Seçilən
272
34
demokrat.az

10Mənbələr