AZ

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

Bakı. Trend:

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Milli assosiasiyadan Trend-ə verilən məlumata görə, qurumun prezidentiRövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonragündəlikdə duran məsələlər müzakirə olunub.

İcraiyyə Komitəsini üzvləri Azərbaycan milli komandasının Haitivə Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər.Yığmanın oyununun və nəticələrinin qənaətbəxş olmadığıvurğulanıb.

R.Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşlagörüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraqqaldığını qeyd edib.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere İcraiyyəKomitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O,Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda oyunlarda bəzihakim səhvlərinin olduğunu etiraf edib. Lakin çempionatın XXVIIIturuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdənçox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimiqiymətləndirib.

Frank De Blekere mövsümün sonuna doğru çempionatda oyunlarındaha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçünəllərindən gələni edəcəklərini bildirib. AFFA Hakimlər Komitəsininsədri İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb,onların təkliflərini dinləyib.

AFFA İcraiyyə Komitəsi Bakı Futbol Federasiyasının prezidentiTahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafıStrategiyasına uyğun olaraq, müraciətin detalları ilə bağlıtəqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb.

Seçilən
221
17
az.trend.az

10Mənbələr