Bu gün AFFA-nın Hesabat Konfransı keçirilir.
Offsideplus.az xəbər verir ki, saat 10-da başlanacaq tədbir zamanı hesabatlar veriləcək, müzakirələr aparılacaq və təkliflər səsləndiriləcək.
Konfransın gündəliyində əsas 8 məsələ yer alıb.
Tədbirlə bağlı ən maraqlı məqamları saytımız vasitəsilə izləyə bilərsiniz.
Hesabat Konfransının gündəliyi:
1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA prezidentinin çıxışı
4. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı
5. Maliyyə Hesabatları
6. Müstəqil auditorun hesabatı
7. AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat
8. Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı
9. Digər məsələlər