AZ

"Hamamda ərə gedərlər, TikTok-da yox?"

"TikTok-la ərə gedərlər? Onunla ailə qurarlar?".

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" verilişində deyib. Aktrisanın bu sözləri studiyada etirazlara səbəb olub.

Aparıcı Zaur Baxşəliyev "Niyə getmirlər? Müasir dünyadı. 50 il bundan əvvəl gedib hamamda qız bəyənirdilər. Hamamda ərə gedərlər? İnstaqram, başqa sosial şəbəkələr var. Bu protformaları ucuzlaşdırmayın" deyə, etiraz edib.

M.Xanlarova isə "TikTok-da evlənənin də, ərə gedənin də ağlı yoxdur. Onun axırı yoxdur. Heç kim xoşbəxt olmur. Normal adam tapmırıq, gedib sosial şəbəkədə axtarırıq?" sözlərini əlavə edib.

Seçilən
144
9
publika.az

9Mənbələr