AZ

NATO: Rusiya ordusunun itkiləri 900 min nəfəri ötüb

Bu fikirlər "Deutsche Welle"də dərc olunanməqalədəndir. Nəşr NATO-nun yüksək rütbəli rəsmisinə istinad edib.

Ukrayna ordusu hər ay 50 minitki verir
Onun sözlərinə görə, yaralı rus hərbçilərinin çoxu tibbi xidmətin zəif olması səbəbindən ömürlük şikəst qalırlar.

NATO rəsmisi iddia edib ki, Rusiya ordusunda gündə 1000-dən çox ölü və yaralı qeydə alınır. Bu itki tendensiyası bu gün də davam edir. Lakin Şimali Atlantika Alyansında belə hesab edirlər ki, Moskvanın silahlı qüvvələrə yeni əsgərləri cəlb etmə sürəti itki tendensiyasına uyğunlaşdırılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az

Seçilən
191
50
azvision.az

10Mənbələr