Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqəməkdaşlıq istiqamətində növbəti uğurlu addım ataraq, yeni birstrateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu. Universitetinnümayəndə heyəti, rektor professor Gülçöhrə Məmmədovanın rəhbərliyiilə Böyük Britaniyanın paytaxtı Londona işgüzar səfər edib.
Səfərin əsas məqsədi AzMİU ilə İngiltərənin nüfuzlu VestminsterUniversiteti arasında mövcud əməkdaşlıq çərçivəsində görülənişlərin müzakirəsi və yeni ikili diplom proqramlarının imzalanmasıolub. Bu məqsədlə Vestminster Universitetinin Memarlıq və Şəhərlərməktəbinin rəhbər şəxsləri ilə bir sıra məhsuldar görüşlərkeçirilib, gələcək əməkdaşlıq perspektivləri ətrafında ətraflıfikir mübadiləsi aparılıb.
Səfərdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri dosent FərhadƏliyev, Memarlıq konstruksiyaları və abidələrin bərpasıkafedrasının baş müəllimi Aliyə Əliyeva və həmin kafedranınassistenti Aygün İmanova iştirak edib.
Görüşlər nəticəsində universitetlər arasında 2 yeni ikili diplomproqramı — "Memarlıq və şəhərsalma" və "Memarlıq və ətraf mühitdizaynı" üzrə müqavilələr imzalanıb.
Səfər çərçivəsində, həmçinin artıq uğurla icra olunan “Memarlıqabidələrinin bərpası və yenidən qurulması” magistr proqramımüzakirə edilib, gələcək əməkdaşlıq istiqamətləri müəyyənolunub.
Qeyd edək ki, 2023-cü ildə AzMİU ilə Vestminster Universitetiarasında imzalanan “Memarlıq abidələrinin bərpası və yenidənqurulması” ixtisası üzrə ikili diplom müqaviləsi, universitetinbeynəlxalq əməkdaşlıq sahəsindəki müvəffəqiyyətlərini daha daartırıb. İndi AzMİU-nun ikili diplom müqavilələrinin sayıümumilikdə 11-ə çatır. Bu da tələbələrə həm yerli, həm dəbeynəlxalq səviyyədə yüksək keyfiyyətli təhsil alma imkanı təqdimedir. Proqramlar, eyni zamanda AzMİU-nun beynəlxalq təhsil mühitiilə inteqrasiyasını artıraraq, ölkəmizin ali təhsil sistemininbeynəlxalq arenada tanınmasına və möhkəmlənməsinə əhəmiyyətlidərəcədə təsir edəcəkdir.
Bu mühüm addımların AzMİU-nun beynəlxalq əməkdaşlığını daha dagücləndirəcəyi, tələbələrinə və müəllim heyətinə genişperspektivlər açacağı, universiteti qlobal təhsil sahəsində daha darəqabətli edəcəyi gözlənilir.