AZ

Xocalı Memorial Kompleksinin layihəsi hazırdır - Nazir

Xocalı Memorial Kompleksinin layihəsi hazırdır və onun icrası Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, artıq təsdiq olunmuş layihə mövcuddur və işlər də bu layihəyə uyğun olaraq aparılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Kompleksin tikintisi üçün 18,3 milyon manat vəsait ayırıb.

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
167
18
bizim.media

10Mənbələr