Ötən il ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 3,5 milyard dollara düşüb ki, bu da 1992-ci ildən bəri ən aşağı səviyyədir. RİA Novosti bu barədə Amerika statistika xidmətinin məlumatına istinadən xəbər verir.
Fins.az xəbər verir ki, 2024-cü ildə Rusiyadan ABŞ-a ixrac 3 milyard dollar təşkil edib, Amerikadan Rusiyaya tədarük isə 526 milyon dollara düşüb.
Əvvəllər ekspertlər Rusiyanın Çin-Amerika tariflərindən faydalana biləcəyini deyirdilər.
Qaydar adına İqtisadi Siyasət İnstitutunun elmi işçisi Dmitri Kuznetsov bildirib ki, Moskva tariflər səbəbindən itirilmiş həcmləri əvəz etməyə qadirdir. Eyni zamanda, o qeyd edib ki, indiki vəziyyətdə sanksiya məhdudiyyətlərini nəzərə almaq lazımdır.
Təhlilçi iki ölkə arasında ticarətə maneələr qaldırıldıqda, üçüncü dövlətlərin həmişə faydalandığına diqqət çəkib.