AZ

Gömrük xətti ilə büdcə daxilolmaları artdı

Ötən il Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları 2023-cü il ilə müqayisədə 4.9% artaraq 6 milyard 648 milyon 703 min manata çatıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 790,749 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 4 milyard 609,130 milyon manat, aksizlər üzrə daxilolmalar 204,373 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 44,449 milyon manat təşkil edib.


Müəllif: Bəkir Nərimanoğlu
Seçilən
225
10
teleqraf.com

10Mənbələr