AZ

“Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik baş verməyib”

AzVision.az xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

Dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycanın bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilməsinin təsadüfi olmadığını diqqətə çatdıran dövlət başçısı əlavə edib:

“Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk”.

AzVision.az
Seçilən
30
18
azvision.az

10Mənbələr