“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O, söyləyib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümidin olduğunu göstərəcək: “Atəşkəs 2-3 gün davam edə bilər.
Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür”.
Orban, həmçinin qeyd edib ki, rəsmi Kiyev təxribatlara getməməlidir: “Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib- etməmək barədə məsuliyyət daşıyır”.
Baş nazirin fikrincə, ABŞ-da Donald Trampın hakimiyyət dövrünün başlanması Ukraynadakı müharibəyə də təsir edəcək: “Onun and içməsinə təxminən bir ay qalıb. İndi əhəmiyyətli məsələ and içməyə qədər Trampın başına bir iş gəlməməsidir”. Siyasətçinin sözlərinə görə, artıq insanlar müharibədən, sanksiyalardan beziblər.
10Mənbələr
-
pravda.azDiqqət: Bu gündən... ( 14537629)
-
demokrat.azAzərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib ( 14537397)
-
news24.azBu avtobusların satışı rüsumu il bağlı YENİ QANUN ( 14357206)
-
oxu.azElektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunub ( 14312386)
-
oxu24.comPrezident təsdiqlədi:Yanvarın 1-dən... ( 14312320)
-
azpolitika.info“Rəislər pulları siyahı ilə gətirib mənə verirdilər” - Polkovnik Cəlilovun məhkəməsi ( 14311444)
-
unikal.azZelenski Ərdoğanın azad etdiyi şəxsi Türkiyəyə səfir təyin etdi ( 14197441)
-
demokrat.azOrban: Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub ( 14196856)
-
bakivaxti.azZelenski Ərdoğanın azad etdiyi şəxsi Türkiyəyə səfir göndərdi ( 14196526)
-
yenicag.azZelenski Ərdoğanın azad etdiyi şəxsi Türkiyəyə səfir göndərdi ( 14196091)