AZ

Məhkəmə Afiəddin Məmmədovun apellyasiya şikayəti təmin etmədi


Noyabrın 27-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun həbs müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
Yeniavaz.com
yerli KİV-ə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ictimai fəalın şikayəti təmin edilməyib.
Bildirilir ki, Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalandan sonra saxlanılıb.
Lakin Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər.
Sentyabrın 21-də axşam saatlarında Xətai Rayon Məhkəməsi Məmmədovun barəsində həbs qətimkan tədbiri seçib.
Məmmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyanı tətbiq etməklə xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb, bu maddələrlə onu 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Seçilən
248
3
yeniavaz.com

4Mənbələr