İsrail və HƏMAS arasında 4 günlük müvəqqəti atəşkəs zamanı tərəflər arasında üç məhbus mübadiləsi baş tutub. Ümumilikdə 175 nəfər azad edilərkən, HƏMAS-ın buraxdığı israilli girov Mayanın mübadilə zamanı üz mimikası müzakirələrə səbəb olub.
BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, Qırmızı Xaç Komitəsinin üzvlərinin iştirak etdiyi mübadilə zamanı İtaliya və İsrail vətəndaşlığına malik olan Maya Regev "Əl-Qəssam" briqadasının üzvünə təşəkkür edib.
Üzündə maska olan şəxs isə öz növbəsində, "Salamat qal Maya",- deyə cavab verib.
Qeyd edək ki, 50 gün əsirlikdə qalan 21 yaşlı Maya ilə "əl-Qəssam" üzvünün bu dialoqu mətbuatın tərəflərin bir-birinə aşiq olmaq ehtimalını ortaya qoyması ilə nəticələnib.


