AZ

Jurnalistlərin gəlirləri vergidən azad ediləcək

Bakı. Trend:

Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərttətbiq edilmədən gəlir vergisindən azad ediləcək.

Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif ediləndəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həminfəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclərnəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həminfəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindənazad ediləcək.

Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq ilüzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlətsosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyektiolan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdiklərigəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdipeşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlarəhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindənsadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslərfərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edəbilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərənsahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikrosahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiqedilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdiklərigəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi vəməcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi)gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinədəyişikliklər edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Seçilən
178
49
az.trend.az

7Mənbələr