AZ

Çox saylı xarici aktorların aktiv yer aldığı Suriyanın taleyi necə olacaq?..

Bəşər Əsəd rejiminin yıxılmasından sonra Suriyada bir neçə dövlət yaranması istisna olunmur...

Politoloq: “Əlbəttə, bir sıra dövlətlər də yaranmış proseslərdən öz mənafeləri naminə yararlanmağa çalışırlar. Əsəd rejiminin devrilməsindən sonra ABŞ çalışır ki, əvvəllər terror qrupu olaraq tanıdığı təşkilatlara nüfuz etsin”.

Rusiyaİran isə Suriyada təsir güclərini tamamilə itirdilər. Bu da Yaxın Şərqdə çox fərqli ststus-kvonun yaranmasından xəbər verir”.

Bu sözləri politoloq Əli Zülfüqaroğlu Suriyada baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Suriyada bir neçə illik nisbi sabitlikdən sonra “Heyət Təhrir əş-Şam”ın Hələb və İdlibi ələ keçirməsi ilə başlayan yürüş Dəməşqdə qələbə ilə nəticələndi. Dünən Əsəd ailəsinin Suriyada 53 il davam edən hakimiyyətinə son verildi və Bəşər Əsəd Moskvaya sığındı. Lakin bir çox müşahidəçilər Suriya xalqının məşəqqətinin bununla sona çatmayacağını və vətəndaş müharibəsinin davam etmə ehtimalının yüksək olduğuna inanırlar. Ümumi yanaşma belədir ki, yenidən vətəndaş müharibəsi yaşanan Suriyada bir neçə dövlət yarana bilər.

Çox saylı xarici aktorların aktiv yer aldığı Suriyada prosesləri Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.

Əli Zülfüqaroğlu: “Rusiyaİran, ABŞAvropa İttifaqı, İsrail, o cümlədən regional ərəb dövlətləri Suriyada öz təsir güclərini bərpa etmək, ya da gücləndirmək üçün hər şeyi edəcəklər. Ona görə də Suriyanın gələcəyi hələki məchur görünür”.

Suriyada vəziyyətin həddindən artıq qarışıq və gərgin olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, ən böyük təhlükə də YPG/PKK terror qruplaşmasından gəlir:

Suriyada vəziyyət kifayət qədər qarışıqdır və burada bir sıra proseslərin aparıldığının şahidi oluruq. Bir tərəfdən də hazırkı ABŞ adminstrasiyası yeni hökumət başlayana qədər onlara daha gərgin və qarışıq miras qoymağa çalışır. Məlumdur ki, Tramp qalib gəldikdən snra Ukraynada, Gürcüstanda, Suriyada eyni zamanda gərginliklər müşahidə olunmağa başladı və mən hesab edirəm ki, bunlar təsadüfi deyil.

Əlbəttə, bir sıra dövlətlər də yaranmış proseslərdən öz mənafeləri naminə yararlanmağa çalışırlar. Əsəd rejiminin devrilməsindən sonra ABŞ çalışır ki, əvvəllər terror qrupu olaraq tanıdığı təşkilatlara nüfuz etsin. Bunu Bayden açıq şəkildə dilə gətirdi və arzu edək ki, ABŞ-nin Suriyadakı bundan sonrakı davranışları Suriya xalqına yeni məşəqqətlər gətirməyəcək.

Son baş verən hadisələrdən sonra Rusiyaİran isə Suriyada təsir güclərini tamamilə itirdilər. Bu da Yaxın Şərqdə çox fərqli status-kvonun yaranmasından xəbər verir. İndi Suriyada önə çıxan əsas ölkə Türkiyədir və Əsədi rejiminin devrilməsində Türkiyənin xidməti danılmazdır.

Əli Zülfüqaroğlu: “Suriyanın ərazi bütövlüyünü və umitar dövlət quruluşunu bərpa etmək qorumaq üçün YPG/PKK terror qruplaşması ən yaxın zamanda tərksilah edilməlidir”.

Bu baxımdan Rusiyaİranın boşalan yerinin Türkiyə tərəfindən doldurulması da təbiidir. Suriyada yeni hakimiyyət formalaşması fonunda bir çox vacib məsələlər var ki, Türkiyənin bu məsələlərin həllində kilid rol alması gözlənilir.

Lakin Əsədin devrilməsindən sonra Suriyada Türkiyənin əsas rol almasına qarşı olan çoxlu qüvvələr var ki, onlara istər artıq imkanlarını itirən Rusiyaİran, ABŞAvropa İttifaqı, İsrail, o cümlədən regional ərəb dövlətləri aiddir. Bu qüvvələr Suriyada öz təsir güclərini bərpa etmək, ya da gücləndirmək üçün hər şeyi edəcəklər. Ona görə də Suriyanın gələcəyi hələki məchur görünür.

Suriya və Türkiyə üçünsə ən böyük təhdid YPG/PKK terror qruplaşmasıdır. Bu qruplaşma hazırda Suriyada çox böyük əraziyə nəzarət edir və bu ərazilər neftlə zəngindir. YPG/PKK teroro qruplaşması həmçinin ABŞ və İsrail tərəfindən dəstəklənir. Bundan sonra isə onlara Rusiyaİran dəstəyi də artacaq. Ona görə də düşünürəm ki, Suriyanın ərazi bütövlüyünü və umitar dövlət quruluşunu bərpa etmək qorumaq üçün YPG/PKK terror qruplaşması ən yaxın zamanda tərksilah edilməlidir. İnanıram ki, Türkiyə bu təhlükəni başa düşür və yəqin ki, bu fonda da sürətli addımlar atılacaq. Tel Rifatın və Menbiçin terroristlərdən təmizlənməsi də bundan xəbər verir.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
157
50
poliqon.info

10Mənbələr