AZ

"Kəpəz" "Zirə"yə məğlub oldu

Misli Premyer Liqasının XVI turunda "Kəpəz" "Zirə"yə məğlub olub.

Publika.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan oyunda gəncəlilər 0:4 hesabı ilə uduzublar.

Görüşdə hesab 32-ci dəqiqədə açılıb. Salifu Suma fərqlənib. Fasilə ərəfəsində qonaqlar hesab arasındakı üstünlüyünü iki topa çatdırıb. 45+2-ci dəqiqədə Giorgi Papunaşvili meydan sahiblərini cəzalandırıb. 48-ci dəqiqədə İssa Cibrilanın qolu sayəsində hesab arasındakı fərq bir qədər də böyüyüb. Qarşılaşmada yekun hesabı isə 73-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alan Elçin Əlicanov müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "Zirə" dördüncü pillədə yer alıb. "Kəpəz" isə 10 xalla doqquzuncu sırada qərarlaşıb.

Seçilən
73
6
publika.az

10Mənbələr