AZ

"Qarabağ" 1/4 finala yüksəldi

"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 finalda "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 7-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 90+1-ci dəqiqədə Murad Musayev avtoqol müəllifi olub.

"Köhlən atlar" növbəti raundda "Səbail"lə qarşılaşacaq.

Seçilən
26
16
publika.az

10Mənbələr