AZ

Çin 6 ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş müddətini artıracaq

Çin Xarici İşlər Nazirliyi altı ölkənin - İtaliya, Fransa, Almaniya, Niderland, İspaniya və Malayziya vətəndaşları üçün vizasız səyahət müddətinin eksperimental olaraq artırıldığını açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Sadələşdirilmiş pilot rejim 2023-cü il dekabrın 1-dən 2024-cü il noyabrın 30-dək qüvvədə olacaq. Bundan əvvəl Şri-Lanka Rusiya, Çin, Hindistan və digər ölkələrin vətəndaşları üçün viza rüsumunu ləğv edilib.

İndi Rusiya və Çin vətəndaşları 5-dən 50 nəfərə qədər turist qruplarında ölkələr arasında 15 gündən çox olmayan müddətə səyahət edə bilərlər.

Bundan əvvəl Çinin COVID məhdudiyyətləri və Pekinin siyasəti səbəbindən turistlərin 98%-ni itirdiyi bildirilirdi.

Paşa Məmmədli

Seçilən
608
2
valyuta.az

10Mənbələr