Bildirilib ki, 16 noyabrda yaşıl rəqəmsal fəaliyyətlər, iqlim dəyişikliklərini təhlil etməkdə kosmik agentliklərin rolu, təbii fəlakətlərin mənfi nəticələrini azaltmaq yolları müzakirə olunub.
Qeyd edilib ki, müzakirələrdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın bu sahədəki təcrübəsinin iqlim dəyişikliyinə necə töhfə verdiyinə diqqət çəkib.
"Bizim "Elektron Hökumət" platformamız ictimai xidmətləri modernləşdirib. Kağız istifadəsini azaltmaq üçün elektron sənəd dövriyyəmiz təkcə hər il minlərlə ağacın kəsilməsinin qarşısını almır, eyni zamanda bir milyon səhifəlik sənədə olan ehtiyacı da ortadan qaldırır", - deyə nazir vurğulayıb.
Ən maraqlı müzakirələrdən biri də futbolun iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəklə bağlı olub.
Avropa Klublar Assosiasiyalarının direktoru Çarli Marşal bildirib ki, futbol klubları Bakıda iqlim naminə Bəyanat qəbul edib:
"Biz üzvləri futbol klubları olan Assosiasiyanı təmsil edirik. Futbolu hamımız tanıyırıq, dünyanın ən məşhur idmanıdır və dünya miqyasında milyardlarla azarkeşi birləşdirir. Hər kəsin futbola bir cür sevgisi var. İnanırıq ki, bu sevgini yaxşı dəyişikliklər etmək üçün bir gücə çevirə biləcəyik. Bu səbəbdən COP tədbirindəyik".
Ətraflı süjetdə:
10Mənbələr
-
demokrat.azCOP29: Kosmosdan əldə edilən məlumatlarla iqlim necə qorunacaq? — VİDEO ( 13101196)
-
editor.azAzərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR ( 13054531)
-
oxu.azCOP29-da Yaşıl Zona üçün biletləri necə əldə etmək olar? ( 12881686)
-
musavat.comSorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı ( 12826747)
-
teleqraf.comSonuncu sülh paketi İrəvana göndərildi: Bakının 11-ci təklifi belədir - Vitse-spiker açıqladı ( 12787681)
-
olaylar.azAyrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcək COP29 konfransı əleyhinə saxta hesablarla qarayaxma kampaniyası faktı aşkarlanıb - Vüqar Zifəroğlu ( 12769510)
-
musavat.comTiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır ( 12750139)
-
fins.azCOP29:Bakının COP29-a hazırlıqları və enerji təşəbbüsləri təqdim olunur ( 12746650)
-
turkustan.azİrəvan Bakının COP29 təklifinə “cavab” verdi – İki maddə ( 12729430)
-
editor.azQərb qüvvələrinin COP29 əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək – RƏY ( 12651718)