Ermənistandakı rusiyapərəst müxalifətin liderinə çevrilən keşiş Baqrat Qalstanyan Moskvaya gedib.
“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə Qalstanyanın Moskvanın Şeremetyevo hava limanından görüntüləri yayımlanıb.
Xeyli vaxtdır erməniləri Paşinyan hakimiyyətinə qarşı qaldırmağa çalışsa da, heç bir ciddi nəticə əldə edə bilməyən Qalstanyanın Moskvada kimlərlə görüşdüyü, hansı tapşırıqlar aldığı barədə məlumat verilmir.
Qeyd edək ki, bir neçə gün əvvəl Qalstanyan və tərəfdarları Ermənistan Prezidentinin iqamətgahı yaxınlığında toplaşaraq ondan Azərbaycanla sərhədlərin demarkasiyası üzrə komissiyaların reqlamentinə dair sənədi imzalamamağı tələb etmişdi.
“AzPolitika.info”