Bakı. Trend:
“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlayihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyəçıxarılıb.
Trend-in məlumatına görə, İşsizlikdən Sığorta Fondun 2024-cüildə gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdətutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3%çoxdur.
İşsizlikdən sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı,yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadəolunmamış vəsait hesabına formalaşacaq.
Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqamətiəhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin,23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosialsahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-ipeşə hazırlığı və əlavə təhsilin təşkili xərclərininmaliyyələşməsinə yönəldiləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşdatəsdiq edilib.