Bakı. Trend:
Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun TovuzunAlubəyli kəndindən keçən hissəsində yol qəzası baş verib.
Trend xəbər verir ki, saat 20 radələrində F.Tağıyevin idarəetdiyi “Toyota Corolla” və A.Dəmirovun sürdüyü “VAZ” markalıavtomobillər toqquşublar.
Nəticədə hər iki sürücü, eləcə də, A.Dəmirovun həyat yoldaşı vəazyaşlı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Az sonra isə Qoşqar İsayev idarə etdiyi “VAZ-2107” markalıavtomobillə həmin yerdə qəzaya baxmağa toplaşmış insanları vurub.Nəticədə Tovuz rayon sakinləri Cahan Əliyev, Sənan Mehdiyev vəRamil Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar TovuzRayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.