Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 28-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivində yerləşən evlərdən birində baş verib.
Nadir həmin gün saat 19 radələrində keçmiş həyat yoldaşı Nərminin evdə yemək hazırlamayıb, qonşudakı ad günü şənliyinə getdiyinə görə aralarında yaranmış mübahisə zamanı onun saçından tutaraq yerə yıxıb. Onun boyun nahiyyəsinə təpiklə vurmaqla yanaşı, həmin evin mətbəxtindən götürdüyü bıçaqla bədən nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vurub.
Hadisəni törədən Nadirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda keçmiş həyat yoldaşı Nərminin yaşadığı evdə ailəsi ilə birlikdə yaşayır: “Mən 2017-ci ildə Nərmin ailə həyatı qurmuşam və 2023-cü ildə rəsmi qaydada boşanmışıq. Boşandıqdan sonra mən bir müddət yaşamağa yer tapmadığım üçün evində bir müddət qalmağa icazə verməyi Nərmindən xahiş etdim. Nərmin də mənimlə razılaşdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, axşam vaxtı azyaşlı uşaqları ilə evdə olan zaman Nərmin yemək hazırlmadan qonşuda ad gününə gedib: “Təxminən saat 19 radələrində Nərmin evə gələn zaman nə səbəbə uşaqlara və mənə yemək gətirmədiyini söylədim. Nərmin nəticədə mənim və ailəmin ünvanına nalayiq sözlər işlətməyə başladı. Mən də bundan əsəbləşərək Nərminin saçından tutaraq yerə yıxdım və daha sonra yerdə boyun nahiyyəsinə təpiklə zərbə vurdum. Daha sonra Nərmin yenidən mənim ailə üzvlərimi təhqir etməyə davam etdi. Mən də bundan əsəbləşərək mətbəxə keçdim və mətbəxtdə olan meyvə bıçağını götürərək Nərmini qorxutmaq məqsədi ilə onun sol çiyin nahiyyəsinə bıçaqla bir neçə dəfə zərbə endirdim. Bu zaman Nərmin sakitləşdi. Mən də bıçağı yerə ataraq yataq otağına keçdim. Hadisə zamanı evdə azyaşlı uşaqlardan başqa heç kəs olmayıb. Səhəri günü polis əməkdaşları məni polis idarəsinə dəvət etdilər. Mən sadəcə Nərmini qorxutmaq istəmişəm. Hazırda əməlimdən peşmanam. Zərərçəkmiş şəxs ilə barışmışam, ona dəymiş zərəri tam tam ödəmişəm. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir tələb və şikayəti yoxdur”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, Nadirlə 2017-ci ildə ailə həyatı qurub və bu evlilikdən 2 övladları var: “2023-cü ilin oktyabrında Nadirlə aramızda mübahisələrimiz olduğu üçün rəsmi qaydada boşandıq. Buna baxmayaraq Nadir öz övladlarını görmək istədiyi üçün ara-sıra yaşadığım evə gəlib-getməyinə icazə vermişəm. Sonuncu dəfə Nadir zəng edərək uşaqlarını görmək istədiyi üçün yaşadığım evə gəlmək istədiyini söylədi. Mən də razılıq verdim. Həmin gün Nadir gəldi və mənə yaşamağa yerinin olmadığını dedi. Mən də birgə qalmağa razılıq verdim”.
Zərərçəkmiş qeyd edib ki, hadisə günü, axşam vaxtı qonşunun uşağının ad gününə gedib, təxminən saat 19 radələrində evə gələn zaman Nadir ona yeməyə nə gətirdiyini söyləyib: “Mən də heç nə gətirmədiyimi deyən zaman Nadirlə aramızda mübahisə yarandı. Mübahisə zamanı Nadir saçımdan tutaraq məni yerə yıxdı, yerdə boynumun arxasından təpiklə vurdu. Daha sonra mətbəxə keçib oradan mətbəxt bıçağını götürərək ucu ilə sol çiyin nahiyyəmə zərbə endirdi. Mənim ünvanıma nalayiq sözlər işlətməyə başladı. Bir müddət sonra özümə ilkin tibbi yardım etdim. Nadir də sakitləşdi. Həmin gün Nadir evdə qaldığı üçün polisə şikayət edə bilmədim. Səhəri günü bu barədə polisə məlumat verdim”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Məhkəmə bu səbəbdən Nadirin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
10Mənbələr
-
referans.azKişi başqa qadınla münasibət qurdu: Onu qısqanan arvadına işgəncə verdi ( 10407181)
-
musavat.comKişi başqa qadınla münasibət qurdu: Onu qısqanan arvadına işgəncə verdi ( 10404664)
-
oxu.azKişi başqa qadınla münasibət qurdu: Onu qısqanan arvadına işgəncə verdi ( 10402570)
-
hakimiyyet.azKişi başqa qadınla münasibət qurdu: Onu qısqanan arvadına işgəncə verdi ( 10402516)
-
seher.mediaKişi başqa qadınla münasibət qurdu: Onu qısqanan arvadına işgəncə verdi ( 10402462)
-
unikal.azXudatda 22 yaşlı qız intihar etdi ( 10388428)
-
demokrat.azGənc oğlan başqa qadınla münasibət qurdu, arvadına işgəncə verdi — TƏFƏRRÜAT ( 10383190)
-
demokrat.azKişi ad günündən gələn arvadını bıçaqladı —TƏFƏRRÜAT ( 10350523)
-
demokrat.az36 yaşlı kişi ögey anasını əsa ilə döydü ( 10332412)
-
demokrat.azAstarada ər atası evinə getmək istəyən arvadını döydü — TƏFƏRRÜAT ( 10254313)