AZ

“Subay bacısı olan qardaş dostunu evə gətirməz”

Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin yeni buraxılışı efirə gedib.

Milli.Az xəbər verir ki, verilişin budəfəki sayında Novxanı sakini Hacı Vasif köhnə adət-ənənələrdən, ailə münasibətlərindən danışıb.

Hacı Vasif deyir ki, indiki dövrdə televiziyaları dava yığıncağına çeviriblər:

"Ailədən, qadınlıqdan xəbəri olmayanlar kimlərəsə dərs keçirlər, namusdan danışırlar. Həya və abır kişidə də, qadında da olmalıdır".
Onun fikrincə, qızın da, oğlanın da dostu öz ata-anası olmalıdır.

Hacı Vasif bildirib ki, bacısı olan qardaş evə dostunu gətirməz:

"Ola bilər ki, dostunu qardaşı kimi çox istəyir. Amma evdə subay bacısı olan qardaş dostunu evə gətirməz".

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
390
9
milli.az

10Mənbələr