Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi KDR Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, ölkə üzrə Ebolaya yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 344-ə çatıb. Daha əvvəl agentlik 321 hal barədə məlumat verib.
Xatırladaq ki, Ebola epidemiyasının episentri KDR-in şərqində, İturi əyalətində qeydə alınıb. Ebolaya yoluxanlar İturi ilə həmsərhəd olan Uqandada da aşkar edilib.